Piter Daymond
| Piter Daymond | |
|---|---|
| ing. Peter Arthur Diamond | |
| | |
| Doğum tarixi | |
| Doğum yeri |
Nyu York |
| Vətəndaşlığı |
|
| Elm sahələri |
Siyasi iqtisadiyyat Rifah iqtisadiyyatı Davranış maliyyəsi |
| İş yerləri |
Massaçusets Texnologiya İnstitutu Berkli Kaliforniya Universiteti |
| Təhsili | |
| Elmi rəhbəri | Robert Solou[1] |
| Üzvlüyü | |
| Mükafatları |
|
Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir.
1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.
1968-ci ildə Ekonometrika Cəmiyyətinin üzvlüyünə seçilmiş və daha sonra bu təşkilatın başçısı da olmuşdur. 2003-cü ildə Amerika İqtisadi Assosiasiyasının başçısı olaraq fəaliyyətə başlamışdır. 1978-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasında üzv, 1984-cü ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü və 1988-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyasının qurucu üzvü olmuşdur. 2008-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyası tərəfindən verilən Robert Bol adına Sosial Təhlükəsizlikdə Seçkin Müvəffəqiyyət Mükafatına layiq görülmüşdür.[3][4]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Riyazi genealogiya layihəsi (ing.). (İstifadə tarixi: 8 avqust 2016).
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2010 Peter A. Diamond, Dale T. Mortensen, Christopher A. Pissarides". 8 oktyabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2014.
- ↑ "Arxivlənmiş surət". 13 iyun 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2014.
- ↑ "National Academy of Social Insurance – Conferences & Events". 28 sentyabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2014.
- Yaşayan insanlar
- 29 apreldə doğulanlar
- 1940-cı ildə doğulanlar
- Yel Universitetinin məzunları
- Massaçusets Texnologiya İnstitutunun məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- ABŞ iqtisadçıları
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları
- Nyu-York şəxsləri
- Berkli Kaliforniya Universitetinin müəllimləri
- Massaçusets Texnologiya İnstitutunun müəllimləri