Məzmuna keç

Enqus Diton

Vikipediya, azad ensiklopediya
Enqus Diton
Doğum tarixi 19 oktyabr 1945(1945-10-19)[1][2] (81 yaş)
Doğum yeri
Elm sahələri Mikroiqtisadiyyat, iqtisadiyyat, Yoxsulluq, sosial ədalət, Sosial bərabərsizlik, sağlamlıq, Məişət axıntıları[d]
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d] (1974)
İş yerləri
Təhsili
Elmi rəhbəri Riçard Stoun
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı — 2015
scholar.princeton.edu/de…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[1][2], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[6]

Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır.[6] Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur.[6]

Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir.[7]

Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir.[7] O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.[7]

Diton iqtisadiyyat üzrə elmi-populyar kitabların müəllifi, həmçinin başqa dövlətlərə iqtisadi yardım göstərməyin əleyhdarı kimi də tanınır.[7] Alim dəfələrlə bəyan etmişdir ki, itisadi firavanlıq əldə etmək üçün dövlətin iş qabiliyyətini yüksəltmək lazımdır, iqtisadi yardımla bunu başa gətirmək mümkün deyildir.[7]

  1. 1 2 Peter Bondarenko. Angus S. Deaton (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 Angus Deaton (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus.
  3. ↑ Angel Montenegro. ORCID Public Data File 2023 (ing.). 27 sentyabr 2023. DOI. (İstifadə tarixi: 10 noyabr 2023).
  4. ↑ Riyazi genealogiya layihəsi (ing.).
  5. ↑ www.nasonline.org (ing.). (İstifadə tarixi: 30 sentyabr 2019).
  6. 1 2 3 İqtisadiyyat sahəsində 2015-ci ilin Nobel mükafatı laureatı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Azərbaycanın vergi jurnalı, № 5 (125), 2015, səh. 198.  (az.)
  7. 1 2 3 4 5 İqtisadiyyat sahəsində 2015-ci ilin Nobel mükafatı laureatı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Azərbaycanın vergi jurnalı, № 5 (125), 2015, səh. 199.  (az.)