Məzmuna keç

Stiv Ditko

Vikipediya, azad ensiklopediya
Stiv Ditko
Doğum tarixi 2 noyabr 1927(1927-11-02)[1][2]
Doğum yeri
Vəfat tarixi 27 iyun 2018(2018-06-27)[3][4][…] (90 yaşında)
Vəfat yeri
Komiks fəaliyyəti
Sahəsi komiks rəssamı
Əsas işləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stiv Ditko[5] (ing. Steve Ditko; 2 noyabr 1927[1][2], Kambriya[d], Pensilvaniya – 27 iyun 2018[3][4][…], Nyu-York) — ABŞ komiks rəssamı və yazıçısı. Marvel Comics-də işləyərkən Sten Li ilə birlikdə yaratdığı Hörümçək-adam və Doktor Strenc personajları ilə məşhurdur.

Ditko Nyu-York şəhərində yerləşən Karikaturaçılar və İllüstratorlar Məktəbindən təhsil almış və müəllimi Betmen rəssamı Cerri Robinson olmuşdur. 1953-cü ildə peşəkar karyerasına başlamış, Cek Körbi və Co Simonun studiyasında işləməyə başlamışdır. Charlton Comics-də işləmiş, burada müəmma və elmi fantastika komiksləri üzərində işləmişdir. 1960-cı ildə Kapitan Atom personajını yaratmışdır.

1950-ci illərdə Marvel Comics-in xələfi Atlas Comics-ə qoşulmuş və burada böyük işlər görmüşdür. Burada Hörümçək-adam və Doktor Strenc personajlarını yaratmışdır. Lakin özünün açıqlamadığı səbəblərdən ötürü nəşriyyatı tərk etmişdir.

DC Comics və Charlton Comics-ə qayıtmış, burada Göy böcək, Şahin və Göyərçin, Sual kimi məşhur personajlar yaratmışdır. Stiv müsahibə vermək həmişə imtina edirdi, çox nadir hallarda verirdi.

29 iyun 2018-ci ildə Nyu-York şəhərində öz evində vəfat etmişdir.

  1. 1 2 Steve Ditko (ing.). // (untranslated). Lambiek. 1 noyabr 1999. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 Steve Ditko (fr.). // Babelio.
  3. 1 2 Marvel está de lutoMurió Steve Ditko, uno de los creadores de Spider-Man (isp.). Clarín.
  4. 1 2 Steve Ditko, artist who co-created Spider-Man, dead at 90 (ing.). CBS News.
  5. ↑ Bell, Blake. Strange and Stranger: The World of Steve Ditko. Seattle, Washington: Fantagraphics Books. 2008. səh. 14. ISBN 1-56097-921-6.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]