Matu-Qrosu
| Matu-Qrosu | |
|---|---|
| Mato Grosso | |
| | |
|
|
|
| Ölkə | |
| İnzibati mərkəz | Kuyaba[1][2] |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 15 noyabr 1889 |
| Sahəsi |
|
| Saat qurşağı | |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| ISO kodu | BR-MT |
| Poçt indeksi | 78000-000 a 78899-999[6] |
| Rəsmi sayt | |
|
|
|
Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir.
Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir[7].
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Ərazisi əsasən savannadan ibarətdir[8].
Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir. İki mövsüm hökm sürür: Yağışlı mövsüm və quraq mövsüm. İllik yağıntının miqdarı 1250 – 2750 mm[9] arasında dəyişir.
Ştat ərazisində Pantanal qoruğunun böyük hissəsi yerləşir[10].
Bölgənin ən böyük ekoloji fəlakəti məhv olmuş meşələrdir.
Tarixi
[redaktə | vikimətni redaktə et]1920-ci ildə Matu-Qrosu ərazisinin hansısa bölgəsində itmiş şəhəri axtarmaq məqsədilə ekspedisiya təşkil edən topoqraf Persi Fosettin ekspedisiyası və özü itkin düşmüşdür[11].
1977-ci ildə Matu-Qrosunun cənubunda Matu-Qrosu-du-Sul ştatı təşkil olunmuşdur.
Əhali
[redaktə | vikimətni redaktə et]2010 il siyahıya alma zamanı ştatın əhalisi 3 035 122 nəfər olmuşdur. Ştatda urbanizasiyalaşma 76,6 % təşkil edir (2006).
İrqi tərkib:
- mulatlar — 1 599 228 (55,8 %)
- ağlar — 1 060 420 (37,0 %)
- qaralar — 174 000 (6,1 %)
- asiyalılar və hindular — 31 000 (1,1 %)
İnzibati quruluş
[redaktə | vikimətni redaktə et]Ştat 5 mezoregiona və 22 mikroregiona bölünür. Burada 141 rayon var.
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Matu-Qrosunun əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Burafa Soya və Pambıq istehsal edilir. Əsasən pambıq istehsalına görə Braziliyada birincidir[9].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 IBGE Cidades e Estados – Mato Grosso (por.). Instituto Brasileiro de Geografia e Estatística. (İstifadə tarixi: 23 oktyabr 2026).
- ↑ Constituição do Estado de Mato Grosso, promulgada em 5 de outubro de 1989 (art. 17, § 2º: Cuiabá é a capital do Estado) (por.). dhnet.org.br. (İstifadə tarixi: 23 oktyabr 2026).
- ↑ IBGE Cidades e Estados – Mato Grosso: área territorial 903.208,027 km² [2025] (por.). Instituto Brasileiro de Geografia e Estatística. (İstifadə tarixi: 23 oktyabr 2026).
- ↑ Lei nº 12.876, de 30 de outubro de 2013 (altera o Decreto nº 2.784/1913 – fusos horários) (por.). planalto.gov.br. (İstifadə tarixi: 23 oktyabr 2026).
- ↑ Estimativas da População 2026 – SIDRA Tabela 6579: população residente estimada – Mato Grosso (por.). Instituto Brasileiro de Geografia e Estatística. (İstifadə tarixi: 23 oktyabr 2026).
- ↑ Faixas de CEP de Mato Grosso (ceps.io), conforme a Busca Faixa de CEP dos Correios (por.). ceps.io. (İstifadə tarixi: 23 oktyabr 2026).
- ↑ "Matu-Qrosu". 12 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016.
- ↑ Matu-Qrosu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine coğrafi ensiklopediya.
- 1 2 "Mayu-Qrosu ştatı, russobras.com". 9 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016.
- ↑ "Pantanal qoruğu". 27 iyun 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016.
- ↑ P. Fosett. Mribekinin itirilmiş mədənləri Arxivləşdirilib 2011-09-06 at the Wayback Machine.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Regionun portalı Arxivləşdirilib 2008-09-30 at the Wayback Machine
