Məzmuna keç

Barri Bariş

Vikipediya, azad ensiklopediya
Barri Bariş
ing. Barry Barish
Doğum adı Barry Clark Barish
Doğum tarixi 27 yanvar 1936(1936-01-27)[1] (90 yaş)
Doğum yeri
Elm sahələri fizika, astrofizika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları ABŞ Milli Elmlər medalı — 2022 Fizika üzrə "Nobel" mükafatı — 2017 Texniki və elmi araşdırma sahəsində Asturiya Şahzadəsi mükafatı — 2017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barri Bariş (27 yanvar 1936[1], Omaha, Nebraska) — Amerikalı fizik və 2017-ci ildə Nobel mükafatı laureatı.[2] Kaliforniya Texnologiya İnstitutunun fəxri professorudur. O, ABŞ Milli Elmlər Akademiyasının (2002 il)[3] və Amerika Fəlsəfi Cəmiyyətinin (2025 il)[4] üzvü, həmçinin London Kral Cəmiyyətinin (2019 il) və Rusiya Elmlər Akademiyasının (2019 il) xarici üzvüdür.

Barri Bariş, Cənubi Kaliforniyada böyüyüb. O, 1957-ci ildə Berklidəki Kaliforniya Universitetində fizika üzrə bakalavr dərəcəsi, 1963-cü ildə isə yüksək enerjili fizika üzrə doktorluq dərəcəsi alıb. 1963-cü ildən Kaliforniya Texnologiya İnstitutunda işləyir.[5][6]

1994-cü ildən LIGO-da aparıcı tədqiqatçı, 1997-ci ildən isə direktoru olmuşdur. Amerika Fizika Cəmiyyətinin üzvüdür.[7]

  1. 1 2 Erik Gregersen. Barry Barish (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. ↑ За экспериментальную регистрацию гравитационных волн.
  3. ↑ Бэриш, Барри на сайте Национальной академии наук США (англ.)
  4. ↑ APS Elects New Members for 2025
  5. ↑ Galia Miller Sprun "A Small-Town Jewish Family’s Rebuke of Car Maker Henry Ford". Дата обращения: 6 июля 2020. Архивировано 28 июля 2020 года.
  6. ↑ Надгробный памятник на еврейском кладбище Hillside Memorial Park (Лос-Анджелес). Дата обращения: 3 октября 2017. Архивировано 9 марта 2021 года.
  7. ↑ UCR Professor’s Father Wins Nobel Prize in Physics. UC Riverside. Дата обращения: 5 октября 2017. Архивировано 20 мая 2018 года.