saç
Görünüş
| İsim | Tək | Cəm |
|---|---|---|
| Adlıq halı | saç | saçlar |
| Yiyəlik halı | saçın | saçların |
| Yönlük halı | saça | saçlara |
| Təsirlik halı | saçı | saçları |
| Yerlik halı | saçda | saçlarda |
| Çıxışlıq halı | saçdan | saçlardan |
- (Anatomiya) İnsanın başında bitən tüklər. Qara saç. Xurmayı saç. – Külək [Dürrənin] qumral saçını üz-gözünə çırpırdı. S.Vəliyev. [Nərgiz] anasının ona ilk dəfə saç hördüyünü xatırlayırdı. B.Bayramov. // Hörük. [Koroğlu:] Siyah saçlar dal gərdənə düzülü; Qara gözlər xumarlanıb süzülü. “Koroğlu”. ◊ Saç ağartmaq – bax baş ağartmaq (“baş”da). Ömür çürütməsən, saç ağartmasan; Yaranmaz sənətkar, yaranmaz sənət! Z.Xəlil. Saçı ağartmaq – yaşa dolmaq, qocalmaq. Artıq saçları ağarıb, qırmızı paltar ona yaraşmır. Saçı dabanında (olmaq) – uzun hörükləri olan qız (qadın) haqqında. [Yetər Kərbəlayıya:] Özü də çox gözəldir ... uzunboylu, saçı dabanında, uçuq evin dirəyi bir qızdır.. Çəmənzəminli. Saçına dən düşmək – başı (saçı) ağarmağa başlamaq, təktək, seyrək ağ tüklər görünmək. İllər ötdükcə saçlarıma dən düşdü. – Müsahibimin səliqə ilə vurulmuş saçlarına yenicə dən düşmüşdü. Q.İlkin.
Dünya xalqlarının dillərində
[redaktə]
|
