Məzmuna keç

Stres

Vikipediya, azad ensiklopediya
(Stress səhifəsindən istiqamətləndirilmişdir)

Stres — orqanizmin mürəkkəb şəraitə adaptasiya prosesində müşahidə edilən və psixosomatik sistemlərin funksional fəaliyyətinin dəyişməsi ilə xarakterizə olunan vəziyyət.

Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq.

İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Stress halında yorğunluq, baş ağrısı, halsızlıq kimi hallar müşahidə olunur.

Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz - böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi.[1]

Nevrologiya üzrə mütəxəssis, professor Mehmet Yavuz streslə bağlı uzun illərdir ki, səmərəli araşdırmalar aparır. Gəldiyi qənaətlər elə bilirik ki, hər kəs üçün faydalı hesab edilə bilər. O, insanların gündəlik iş həyatında stresdən uzaq durması və ya qurtarması üçün çox səmərəli təkliflər irəli sürür [2].

Stress ilə əlaqəli sağlamlıq problemləri

[redaktə | vikimətni redaktə et]

Koliforniya Universitetinin Devis kampusunun 2025-ci ildə Molekulyar və Hüceyrə Kardiologiyası jurnalında çap etdirdiyi məqalədə göstərilir ki, heyvanlar üzərində aparılan stress təcrübəssi zamanı məlum olmuşdur ki, on günlük kəskin stress halında ürəkdə iltihabı gücləndirən zəncirvari reaksiya baş verir.[3]

Psixoloqlar və psixiatrlar insanın somatik xəstəlikləri ilə şəxsi xüsusiyyətləri arasında, həmçinin yaşayış mühiti arasında asılılığın olduğunu müəyyən etmişlər. Məsələn, mədə xorası xəstələri üçün yüksək borc hissi, həyəcan, əsəbilik xasdır. Bu insanlara aşağı özünüqiymətləndirmə, həddən artıq kövrəklik, tez incimək, utancaqlıq, özünə inamsızlıq, həmçinin özünə qarşı yüksək tələbkarlıq xasdır. Müəyyən edilmişdir ki, belə insanlar əslində bacardıqlarından daha çox etməyə çalışırlar. Onlarda çətinliklərin aradan qaldırılması güclü həyəcanla müşayiət olunur. Bu həyəcan gərginlik vəziyyəti yaradır ki, həmin gərginlik həzm orqanlarının və onların damarlarının divarlarının əzələlərində spazmaya səbəb olur. Bu isə onların qanla təchizini pisləşdirir və onların mədə şirəsi ilə həzminə müqavimətini azaldır. Bu da xora yaranmasına səbəb olur.

Müəyyən olunmuşdur ki, hadisələrin gələcək inkişafını görməyə çalışan, dəlil və sübutlarla stressorun neqativ gücünü azaldan, situasiyaya yumor hissi ilə yanaşan insanlar stresi daha yüngül keçirirlər. Psixi gərginlik, qorxu, təhlükə hissi, uğursuzluq insan üçün daha dağıdıcı stressordur. Məs: Titanikin batması zamanı xilasedicilər hadisə yerinə çox tez (3 saatdan sonra) çatmışdılar. Buna baxmayaraq sərnişinlərin əksəriyyəti qorxudan ölmüşdür. Ona görə də fransız həkimi A. Bombar öz kitabında yazırdı: əfsanəvi gəmilərin vaxtsız ölən qurbanları qorxudan ölürlər.

Aparılan tədqiqatlar nəticəsində insanların daha çox yaxın adamının itirdikdə, nigahı pozduqda və işi itirdikdə stresə məruz qalması məlum olmuşdur. [4]

  1. ↑ "Stress haqqında". 3 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2012.
  2. ↑ "Stresə nəzarət insanın öz əlindədir". 17 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2009.
  3. ↑ Sabir Etibarlı. "Stressi necə azaltmalı?". 525.az. 10 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2026.
  4. ↑ http://www.psychology.az/az/stres.php Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine Stress

4.Simmed Pharma Stress nədir? Arxivləşdirilib 2018-01-23 at the Wayback Machine