Məzmuna keç

Sissal

Vikipediya, azad ensiklopediya
Sissal
far. Sissal Jóhanna Norðberg Niclasen
Ümumi məlumatlar
Doğum tarixi 13 mart 1995(1995-03-13) (31 yaş)
Doğum yeri
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sissal Yohanna Nordberq Niklasen (far. Sissal Jóhanna Norðberg Niclasen; 13 mart 1995, Torshavn), tək adı ilə Sissal — Farer adalarından olan müğənni. O, "Avroviziya-2025" mahnı müsabiqəsində Danimarkanı "Hallucination" adlı mahnı ilə təmsil etmişdir.

Erkən həyatı

[redaktə | vikimətni redaktə et]

Sissal 13 fevral 1995-ci ildə[1] Farer adalarının paytaxtı Torshavnda anadan olmuşdur. O, və farerli şüşə sənətçisi Mikkalina Nordberqin qızıdır.[2]

Sissal 2005-ci ildə Farer adalarında uşaqlar arasında keçirilən "Nósa Barnaprix" mahnı müsabiqəsində "Summarið er komið" mahnısı ilə qalib gələrək tanınmağa başlamışdır.[3] 2010-cu ildə o, hər il təşkil olunan "Ársins Songrødd" mahnı müsabiqəsinin qalibi olmuşdur.[4]

Sissal 2025-ci ildə "Hear Me Now" adlı ilk mini-albomunu (EP) işıq üzü buraxmışdır.[5] 2025-ci ilin fevral ayında onun "Hallucination" mahnısı ilə "Dansk Melodi Grand Prix 2025" müsabiqəsinin səkkiz iştirakçısından biri olduğu elan edilmişdir.[6] Münsiflər heyəti və tamaşaçı səsverməsinin ümumi nəticələri onun qalibiyyətini təmin etmiş və bununla da o, Danimarkanı Bazel şəhərində keçirilən "Avroviziya-2025" mahnı müsabiqəsində təmsil etmək imkanı qazanmışdır.[7][8] O, 2023-cü ildəki Raylidən sonra "Avroviziya"da Danimarkanı təmsil edən ikinci Farerli sənətçidir.[9][10] Sissal 15 may tarixində keçirilən ikinci yarımfinal mərhələsini uğurla keçərək Danimarkanın "Avroviziya"dakı altı illik finala yüksələ bilməmək seriyasına son qoymuş və ölkəni 2019-cu ildən bəri ilk dəfə finala daşımışdır.[11] Final mərhələsində o, 47 xalla 23-cü pillədə qərarlaşmışdır.[12]

2025-ci ilin sentyabr ayında Sissalın "Dancing with the Stars" layihəsinin Danimarka versiyası olan "Vild med dans" şousunun 22-ci mövsümündə yarışacaq on məşhurdan biri olduğu açıqlanmışdır. Müsabiqədə o, peşəkar rəqqas Eujen Miu ilə tərəfdaşlıq etmişdir.[13] Onlar layihəni tərk edən dördüncü cütlük olmuşdular.[14]

2026-cı ilin yanvar ayında Sissal "Infinity" mahnısı ilə "Dansk Melodi Grand Prix 2026" müsabiqəsinə geri dönmüş və bununla da Danimarkanın milli seçim turunda ardıcıl olaraq ikinci dəfə iştirak etmişdir. O, superfinal mərhələsində üçüncü yeri tutmuşdur.[15]

Sissal musiqi ilham mənbələri arasında norveçli müğənni Daqni və isveçli müğənni Robini də qeyd etmişdir.[16]

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

2020-ci ildə Sissal beynəlxalq musiqi karyerasına başlamaq üçün Kopenhagenə köçmüşdür.[5] İki qızı var.[17][18]

Mükafatlar və nominasiyalar

[redaktə | vikimətni redaktə et]
İl Mükafat Kateqoriya Nominasiyalar Nəticələr İst.
2025 Eurovision Awards Miss Congeniality Özü Qazandı [19][20]
Certified Banger Namizəd
Seçilmiş detallarla birlikdə EP-lərin siyahısı
Başlıq Təfərrüatlar
Hear Me Now
  • Buraxılış tarixi: 10 yanvar 2025[21]
  • Leybl: Pussy Records
  • Formatlar: Rəqəmsal yükləmə
Başlıq İl Pik çart mövqeyi Albom və ya EP
DEN
Air.

[22]
GRE
Intl.

[23]
LTU
[24]
SWE
Heat.

[25]
SWI
[26]
UK
Digital

[27]
UK
Sales

[28]
UK
Indie
Break.

[29]
"Summarið er komið" 2005 —*————— Alboma daxil olmayan sinql
"Na Na Na" 2016 ——————
"Anyone Better" 2017 ——————
"Stop Thinking" 2020 ————————
"Vanilla Spread" ————————
"Deep End" 2024 ———————— Hear Me Now
"Far from Sober" ————————
"Hear Me Now" ————————
"Hallucination" 2025 887548518810 Alboma daxil olmayan sinql
"I'm Not Crying, I'm Dancing" 10———————
"All I Want for Christmas"
(Danimarka Milli Simfonik Orkestri ilə)
————————
"Infinity" 2026 16———————
"XOXO" ————————
"—" həmin ərazidə siyahıya alınmayan və ya yayımlanmayan bir qeydi bildirir.
"*" həmin vaxt xəritənin mövcud olmadığını göstərir.
  1. ↑ @eurovisionstarscom. "🌟 She is an Icon, she is a Legend and she is the Moment and now we know her birthday and that she is an Aquarius ♒️". 6 aprel 2024 – Instagram vasitəsilə.
  2. ↑ Agnar Prestá. "Genturnar gleða seg ótrúliga nógv at síggja mammuna á stóra pallinum" (farer). 28 fevral 2025.
  3. ↑ Áki Bertholdsen. "Jóhanna vann barna-prixið" (farer). 4 iyul 2005. İstifadə tarixi: 3 mart 2025.
  4. ↑ Eyðstein Johannesen. "Johanna er Ársins Songrødd 2010" (farer). 10 may 2010. İstifadə tarixi: 3 mart 2025.
  5. 1 2 Christian Ellegaard. "Sissal ved godt, hun skiller sig ud. Men hun nægter at lægge bånd på sig selv" (danimarka). 27 fevral 2025. İstifadə tarixi: 3 mart 2025.
  6. ↑ Ellegaard, Christian. "Hør sangene nu: Her er deltagerne i Dansk Melodi Grand Prix 2025" [Hear the songs now: Here are the participants in Dansk Melodi Grand Prix 2025]. dr.dk (danimarka). Danish Broadcasting Corporation. 6 fevral 2025. 6 fevral 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2025.
  7. ↑ Meg Davies. "Denmark: Sissal to Eurovision 2025". 1 mart 2025. 2 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2025.
  8. ↑ "Storfavoritten holdt hele vejen: Sissal vinder Dansk Melodi Grand Prix 2025". DR (danimarka). 1 mart 2025. 2 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2025.
  9. ↑ Uni L. Hansen. "Jóhanna vann Melodi Grand Prix" (farer). 1 mart 2025. İstifadə tarixi: 3 mart 2025.
  10. ↑ Eyðfinn Jensen. "Jóhanna Norðberg Niclasen: "Hetta lýsist ikki við orðum"" (farer). Kringvarp Føroya. 1 mart 2025. İstifadə tarixi: 2 mart 2025.
  11. ↑ "Danmark er endelig tilbage i Eurovision-finalen. Og det skyldes én ting, mener eksperterne". DR (danimarka). 16 may 2025. İstifadə tarixi: 16 may 2025.
  12. ↑ "Grand Final – Eurovision Song Contest 2025". Eurovision.tv. European Broadcasting Union (EBU). 28 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2025.
  13. ↑ Laura Rode Nygaard. "'Vild med dans' vender tilbage i år – for allersidste gang". TV2. 2 sentyabr 2025. İstifadə tarixi: 2 sentyabr 2025.
  14. ↑ "Ude af 'Vild med dans': - Ærgerlig og skuffet - TV 2". underholdning.tv2.dk (danimarka). 31 oktyabr 2025. İstifadə tarixi: 17 noyabr 2025.
  15. ↑ "En tidligere vinder er med: Her er de otte deltagere til Dansk Melodi Grand Prix 2026". DR (danimarka). 22 yanvar 2026. 22 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2026.
  16. ↑ Simon Falk. "Denmark: Tim Schou among the 8 artists in Dansk Melodi Grand Prix 2025". 6 fevral 2025. İstifadə tarixi: 3 mart 2025.
  17. ↑ Helle Bill; Stephanie Duus. "Se den søde video: Sissal lykønskes af sine døtre" (danimarka). 1 mart 2025.
  18. ↑ Eyðfinn Jensen. "Mikkalina er errin av mammuni" (farer). 1 mart 2025.
  19. ↑ "Vote now in the Eurovision Awards 2024". eurovision.tv. European Broadcasting Union. 12 noyabr 2025. 13 noyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2025.
  20. ↑ "The winners of the Eurovision Awards 2025!". eurovision.com. European Broadcasting Union. 31 dekabr 2025. 1 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2025.
  21. ↑ "Hear Me Now - EP - Album by Sissal". Apple Music. İstifadə tarixi: 4 mart 2025.
  22. ↑ Peak positions for singles in Denmark Airplay chart:
  23. ↑ "Official IFPI Charts − Digital Singles Chart (International) − Εβδομάδα: 21/2025" (yunan). IFPI Greece. 28 may 2025 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2026.
  24. ↑ "2025 21-os savaitės klausomiausi (Top 100)" (litva). AGATA. 23 may 2025. 23 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2025.
  25. ↑ "Veckolista Heatseeker, vecka 21, 2025". Sverigetopplistan. 18 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2025.
  26. ↑ "Sissal – Hallucination". Swiss Hitparade (alman). 19 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2026.
  27. ↑ "Official Singles Downloads Chart Top 100" (ingilis). Official Charts Company. 24 may 2025. 2 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2025.
  28. ↑ "Official Singles Sales Chart Top 100" (ingilis). Official Charts Company. 24 may 2025. 23 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2025.
  29. ↑ "Official Independent Singles Breakers Chart Top 100" (ingilis). Official Charts Company. 24 may 2025. 23 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2026.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]