Robert Frank
| Robert Frank | |
|---|---|
| alm. Robert Louis Frank | |
| | |
| Doğum tarixi | 9 noyabr 1924[1][2][…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 9 sentyabr 2019[5][6][…] (94 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Janr | portret |
Robert Frank (ing. Robert Frank; 9 noyabr 1924[1][2][…], Sürix[3][4] – 9 sentyabr 2019[5][6][…], İnverness[d], Yeni Şotlandiya) — XX əsrin ikinci yarısının ən görkəmli fotoqraflarından biri, Amerika-İsveçrə fotoqrafı, kinorejissor və operator, sənədli fotoqrafiya ustası.
Həyatı və yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Robert Frank yəhudi ailəsində anadan olmuşdur. Atası Almaniya əsilli memar, anası isə İsveçrə vətəndaşı idi. 1935-ci ildə atası və qardaşı ilə birlikdə Almaniya vətəndaşlığından məhrum edilmişdir. 1945-ci ildə İsveçrə vətəndaşlığını almışdır.
1940-cı ildə Sürixdə gimnaziyanı bitirdikdən sonra 1941–1942-ci illərdə burada fotoqrafiya və qrafik sənət üzrə təhsil almışdır. 1942–1945-ci illərdə Sürix və Cenevrədə müxtəlif foto və film studiyalarında çalışmışdır. 1941–1947-ci illərdə Sürix və Cenevrədə fotoqraf kimi fəaliyyət göstərmiş, daha sonra Nyu-Yorka köçərək müxtəlif jurnallar üçün sifarişli fotoşəkillər çəkmişdir.
1948–1954-cü illərdə İspaniya, İtaliya, Boliviya, Peru, Fransa və Böyük Britaniyaya səfərlər etmiş və mətbuat üçün fotoşəkillər hazırlamışdır. Bu dövrdə Elliott Erwitt kimi fotoqraflarla tanış olmuşdur. Frank Life, Vogue və digər jurnallarla əməkdaşlıq etmişdir.
1953-cü ildə Robert Frank Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində "Avropalı fotoqraflar" adlı sərgidə iştirak etmişdir. 1955-ci ildə təqaüd alaraq ABŞ-də geniş səyahət etmək imkanı əldə etmişdir. Bu səfərin nəticəsində ölkənin gündəlik həyatını və cəmiyyətini əks etdirən geniş fotoşəkil silsiləsi yaranmışdır.
Frank bu səfər zamanı təxminən 28000 fotoşəkil çəkmiş, onlardan 83-nü sonradan "The Americans" kitabına daxil etmişdir. 1958-ci ildə Fransada nəşr olunan kitab 20-ci əsrin ən nüfuzlu fotoqrafiya əsərlərindən biri hesab olunur və sənədli fotoqrafiyanın inkişafına mühüm təsir göstərmişdir. Kitabın ilk Amerika nəşrinə şair və yazıçı Cek Keruak ön söz yazmışdır.
1958-ci ildən etibarən Frank əsasən kino sahəsində fəaliyyət göstərmiş, eyni zamanda fotoqrafiya ilə də məşğul olmuşdur. 1990-cı və 2000-ci illərdə bir sıra fotoalbomlar nəşr etdirmişdir.
The Americans
[redaktə | vikimətni redaktə et]Yaradılma tarixi
[redaktə | vikimətni redaktə et]1955-ci ildə aldığı təqaüd sayəsində Robert Frank ABŞ-də uzunmüddətli fotoqrafiya səfərinə çıxmışdır. Ford avtomobili ilə ölkəni gəzərək müxtəlif şəhərlərdə və yaşayış məntəqələrində insanların gündəlik həyatını, sosial münasibətləri və Amerika cəmiyyətinin fərqli təbəqələrini lentə almışdır. Səfər zamanı çəkdiyi təxminən 28 min fotoşəkildən 83-ü "The Americans" kitabına daxil edilmişdir.
Kitabın ilk nəşri 1958-ci ildə Fransada Robert Delpayr tərəfindən yayımlanmışdır. İlk Amerika nəşri isə 1959-cu ildə işıq üzü görmüş və ona Cek Keruak tərəfindən yazılmış ön söz daxil edilmişdir.
"The Americans" Amerika cəmiyyətinə ənənəvi sənədli fotoqrafiyadan fərqli, daha subyektiv və tənqidi baxış təqdim edirdi. Frankın fotoşəkillərində sosial bərabərsizlik, tənhalıq, irqi ayrı-seçkilik və gündəlik həyatın ziddiyyətləri ön plana çıxırdı. Kitabın yanaşması Beat nəslinin qeyri-konformist dünyagörüşü ilə səsləşir və Cek Keruakinin "Yolda" (1957) romanında əks olunan bəzi mövzularla paralellər təşkil edirdi.
"The Americans"ın fotoqrafiya üslubu 20-ci əsrin ikinci yarısında bir çox fotoqrafa, o cümlədən Diana Arbüsa ciddi təsir göstərmişdir. Əsər sənədli fotoqrafiyanın inkişafında dönüş nöqtələrindən biri olmuş, fotoqrafiyanın yalnız hadisələri qeydə alan vasitə deyil, həm də müəllifin şəxsi baxışını ifadə edən sənət forması kimi qəbul edilməsinə töhfə vermişdir. Bu gün "The Americans" sənədli fotoqrafiyanın klassik nümunələrindən biri hesab olunur.
Nəşrlər
[redaktə | vikimətni redaktə et]- Paris: Delpire, 1958.
- New York: Grove Press, 1959.
- New York: Aperture; Museum of Modern Art,
1969.
- Göttingen: Steidl, 2008.
Robert Frankın kitabları
[redaktə | vikimətni redaktə et]- The Lines of my Hand. New York: Pantheon.
- Flamingo. Göteborg. Sweden: Hasselblad Center, 1997.
- London/Wales. Zurich; New York: Scalo, 2003.
- Come Again. Göttingen: Steidl, 2006.
- Paris. Göttingen: Steidl, 2006.
- Peru. Göttingen: Steidl, 2006.
- Zero Mostel Reads a Book. Göttingen: Steidl, 2006.
- Pangnirtung. Göttingen: Steidl, 2011.
- Pull My Daisy. Göttingen: Steidl, 2011.
- Ferne Nähe: Hommage für Robert Walser. Bern:Robert Walser-Zentrum, 2012.
Robert Frank tərəfindən seçilmiş filmlər
[redaktə | vikimətni redaktə et]- Pull My Daisy, 1959
- The sin of Jesus, 1961
- Me and my brother, 1965/68
- Conversations in Vermont, 1969
- About me, a musicle, 1971
- This song for Jack, 1983
- Candy Mountain, 1988
- Hunter, 1989
- One hour, 1990
Seçilmiş sərgilər
[redaktə | vikimətni redaktə et]- Looking In: Robert Frank's The Americans
Mənbə
[redaktə | vikimətni redaktə et]- https://www.theguardian.com/artanddesign/2014/nov/07/robert-frank-americans-photography-influence-shadows
- http://mamm-mdf.ru/exhibitions/robert-frank/
- http://www.kommersant.ru/doc/1243072
- http://www.foto-video.ru/news_detail.php?SID=168&ID=52564
- http://mamm-mdf.ru/exhibitions/robert-frank/
- https://www.nytimes.com/2015/07/05/magazine/robert-franks-america.html?_r=0
- https://www.nytimes.com/2015/07/05/magazine/robert-franks-america.html?_r=0
- http://time.com/3788403/robert-delpire/
- http://www.newyorker.com/magazine/2009/09/14/road-show
- http://www.imdb.com/name/nm0291071/
- 1 2 Robert Frank (dan.). // Kunstindeks Danmark. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Robert Frank (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 18 oktyabr 2026).
- 1 2 Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern. 1998–. (İstifadə tarixi: 24 oktyabr 2026).
- 1 2 Robert Frank Dies; Pivotal Documentary PhotographerWas 94 (ing.). The New York Times.
- 1 2 Robert Frank (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
- ↑ Museum of Modern Art online collection (ing.). (İstifadə tarixi: 4 dekabr 2019).
- 9 noyabrda doğulanlar
- 1924-cü ildə doğulanlar
- Sürixdə doğulanlar
- 9 sentyabrda vəfat edənlər
- 2019-cu ildə vəfat edənlər
- 94 yaşında vəfat edənlər
- Yeni Şotlandiyada vəfat edənlər
- Əlifba sırasına görə fotoqraflar
- Küçə fotoqrafları
- ABŞ fotoqrafları
- ABŞ kinooperatorları
- ABŞ kinorejissorları
- XXI əsr fotoqrafları
- XX əsr fotoqrafları