Məzmuna keç

Quyruqsallayan

Vikipediya, azad ensiklopediya
Quyruqsallayan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Quyruqsallayan (lat. Motacilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinə aid heyvan cinsi.

Quyruqsallayanlara bəzən çaydaçapanlar da deyilir. Torpaq üzərində və ya çatlarda fincana bənzəyən yuvalar düzəldirlər. Uzun quyruqlarını yerə qonduqları zaman sallamaları ilə tanınırlar.

Azərbaycanda 4 növü yaşayır: Ağ quyruqsallayan (Motacilla alba), Sarı quyruqsallayan (Motacilla flava), Sarıbaş quyruqsallayan (Motacilla citreola), Dağ quyruqsallayanı (Motacilla cinerea)

  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1998. (İstifadə tarixi: 19 sentyabr 2013).
  2. ↑ IOC World Bird List (ing.). 6.3 International Ornithologists' Union. 21 iyul 2016. DOI.