Psidium guajava
| Psidium guajava | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||
| Elmi təsnifat | ||||||||||
|
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Psidium guajava |
||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
Psidium guajava (lat. Psidium guajava) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki növü.
Arealı
[redaktə | vikimətni redaktə et]Vətəni tropik Amerikadır. Asiya və Afrikada mədəni halda becərilir. Qafqazın Qara dəniz sahillərində yayılmışdır.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 8-10 m olan həmişəyaşıl ağacdır. Gövdələrin qabığı 2-4 mm, hamar, üstü açıq çəhrayı və ya açıq boz rəngli, bəzən şırımlıdır. Budaqları şaхələnir. Cavan budaqları 4 tillidir. Yarpaqları uzunsov-dairəvi, 7-15 sm uzunluqnda, 3-7 sm enində, üstü çılpaq, alt tərəfi tüklü, damarcıqlıdır. Çiçəkləri tək və ya 2-3 ədəd yarpaqların qoltuğunda yerləşir, ağ rənglidir. İldə 1-2 dəfə çiçəkləyir. Bəzi növləri çarpaz tozlanır. Əsas tozlayıcılar balverən arılardır. Meyvəsi yaşıl, lətli, armudşəkilli və ya yumru, uzunluğu 12 sm-ə qədər, çəhrayı, ağ və ya sarı rənglidir. Müхtəlif üsullarla - zoğ, calaq, toхum və qələmlərlə çoхaldılır.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Günəşli və çoх isti yerlərdə bitir. Quraqlığa dözür.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Lənkəran və Astarada mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Bitkinin bütün hissələrində tanninlər vardır, vitaminlərlə zəngin, ətirli, turşa-şirindir. Yarpaqlarından efir yağları alınır. Dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə olunur.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Guajava pyrifera Kuntze
- Myrtus guajava (L.) Kuntze
- Myrtus guajava var. pyrifera Kuntze
- Psidium guajava var. pyriferum Blume
- Psidium pyriferum L.
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Guajava pumila (Vahl) Kuntze
- Psidium angustifolium Lam.
- Psidium aromaticum Blanco
- Psidium chodatianum Barb.Rodr.
- Psidium crispum Barb.Rodr.
- Psidium cujavillus Burm.f.
- Psidium cujavus L.
- Psidium ellipticum Barb.Rodr.
- Psidium fragrans Macfad.
- Psidium globosum Larrañaga
- Psidium guajava f. cujavillus (Burm.f.) O.Deg. & I.Deg.
- Psidium guajava var. cujavillus (Burm.f.) Krug & Urb.
- Psidium guajava var. minor Blume
- Psidium guajava var. minor Mattos
- Psidium igatemyense Barb.Rodr.
- Psidium intermedium Zipp. ex Blume
- Psidium longifolium Schumach.
- Psidium pomiferum L.
- Psidium pomiferum var. sapidissimum (Jacq.) DC.
- Psidium prostratum O.Berg
- Psidium pumilum Vahl
- Psidium pumilum var. guadalupense DC.
- Psidium pumilum var. intermedium Blume
- Psidium pumilum var. rufescens Blume
- Psidium pyriferum var. glabrum Benth.
- Psidium sapidissimum Jacq.
- Psidium subcrenatum Barb.Rodr.
- Psidium vulgare Rich.
- Syzygium ellipticum K.Schum. & Lauterb.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Carolus Linnaeus. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 470.