Olomouts
| Şəhər | |
| Olomouts | |
|---|---|
| Olomouc | |
| | |
| 49°35′38″ şm. e. 17°15′03″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1017 |
| İlk məlumat | 1055[1] |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 219 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 779 00[4], 783 01[4], 783 35[4] |
| Nəqliyyat kodu | M |
| Digər | |
| olomouc.eu | |
Olomouts (çex. Olomouc; alm. Olmütz) — Çexiyanın Olomouts diyarındə şəhər.
Olomouts şəhəri Çexiyanın şərqində, Moraviya tarixi bölgəsinin mərkəzində, Morava (alm. Moldau) çayının hər iki sahilində yerləşir. Şəhərin əhalisi yüz minə yaxındır. Bundan başqa, Olomoutsda yerləşən Palatski Universitetində on mindən artıq tələbə təhsil alır.
Görməli yerləri
[redaktə | vikimətni redaktə et]Memarlıq abidələrinin sayına görə Olomouts Praqadan sonra Çexiyanın "irs xəzinəsi" hesab edilir.
Şəhərin ən tanınan abidələrindən biri Şəhər Ratuşası sayılır (XV əsr). Binanın hündürlüyü 75 metrdir. Binanı astronomik saat kurantları bəzəyir. Qotik üslubdakı Müqəddəs İeronim kapellası hal-hazırda muzey kimi fəaliyyət göstərir.

Olomouts Moraviyanın dini mərkəzi hesab edilir. Şəhərin ən möhtəşəm kilsəsi - Vatslav kilsəsidir. Kilsə çex qotik üslubunda inşa edilmiş və hündürlüyünə görə (100,65 m) Çexiyanın ikinci ən böyük dini tikilisidir. Kilsənin yaxınlığında Prjimıslov sarayı yerləşir. Sarayda saxlanılan artefaktların sayına görə Prjimıslov Luvrla bir sıradadır.
Dominikan ordeninə məxsus Mixail kilsəsi öz barok naxışları ilə insanı heyran edir. Şəhərin qüruru - onun fəvvarələridir. Bir çox fəvvarələr barokko üslubunda hazırlanıb. Beş fəvvarə Roma tanrılarına ithaf edilib: Zevs, Neptun, Triton, Herakl və Yuli Sezara. Sonuncu, əfsanəyə görə, şəhərin əsasını qoyub.
Qardaşlaşmış şəhərlər
[redaktə | vikimətni redaktə et]Məşhur sakinləri
[redaktə | vikimətni redaktə et]- Qreqor Mendel — genetikanın banisi.
Qalereya
[redaktə | vikimətni redaktə et]- Ratuşa binasında astronomik saat
- Morava teatrı
- Taun sütunu
- Minor bazilikası
- Tritonlar fəvvarəsi
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Ladislav Jakl. Jak stará jsou česká města? Legendy a fakta. (çeş.). // iDNES.cz. 26 iyul 2011.
- ↑ Český statistický úřad. Malý lexikon obcí České republiky – 2017 (çeş.). Český statistický úřad. 15 dekabr 2017. (İstifadə tarixi: 28 avqust 2018).
- ↑ Český statistický úřad. Počet obyvatel v obcích – k 1. 1. 2025 (çeş.). Praha: Český statistický úřad. 16 may 2025. (İstifadə tarixi: 18 may 2025).
- 1 2 3 Register of territorial identification, addresses and real estates. (İstifadə tarixi: 28 fevral 2023).
Şəhər haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |