Mayk Tayson
| Mayk Tayson | |
|---|---|
| ing. Mike Tyson | |
| | |
| Şəxsi məlumatlar | |
| Vətəndaşlığı | |
| Doğum tarixi | 30 iyun 1966[1][2][…] (60 yaş) |
| Doğum yeri | |
| Boyu | 179 sm |
| Çəkisi | 109 kq |
| İdman növü | boks |
| Karyera illəri | 1985–2005 |
| Rəsmi saytı | |
Maykl Cerard Tayson (ing. Michael Gerard Tyson; 30 iyun 1966[1][2][…], Bruklin, Nyu-York) — 1985–2005-ci illərdə döyüşmüş peşəkar ABŞ boksçusu. 2024-cü ildə yenidən rinqə qayıtmağa hazırlaşır. Mayk Tayson bütün zamanların ən yaxşı ağır çəki dərəcəsində döyüşən boksçularından biri hesab olunur. 1987-ci ildən 1990-cı ilə qədər olan illər ərzində Mayk Tayson eyni vaxtda bütün ağır çəki dərəcələrində boks titullarına sahib olub və bu onu boks dünyasında şəksiz çempion edib. Boks karyerasının başlanğıcında Tayson ilk 19 görüşündə rəqiblərini nokaut edərək qalib gəlmişdi. Bu nokautlardan 12-si matçın ilk raundunda baş vermişdir.
Mayk Tayson ilk çempionluq kəmərini 20 yaşında, tarixdəki hər hansı digər ağır çəkili boksçudan daha gənc yaşda qazanıb.[3] O, eyni vaxtda üç böyük boks təşkilatının (WBA, WBC, IBF) çempionu olan ilk boksçu və eyni zamanda bu titulları bir-birinin ardınca qazanan yeganə boksçu olub. Tayson 1988-ci ildə döyüşünün ilk raundunda Maykl Spinksi cəmi 91 saniyəyə nokaut edərək ağır çəki dərəcəsində şəksiz çempion titulunu qazanıb.[4] 1990-cı ildə dövrünün ən böyük ağır çəkili boksçularından biri hesab edilən Mayk Tayson maraqla gözlənilən qarşılaşmada Baster Duqlasla üz-üzə gəlib. Tayson matçda açıq-aşkar qalib görünürdü ki, Duqlas onu nokaut edərək təəccüblü şəkildə məğlub edib.[5]
Mayk Tayson 1992-ci ildə cinsi istismarda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini çəkdikdən sonra 1995-ci ildə şərti olaraq azadlığa buraxılılıb.[6] Mayk 1996-cı ildə rinqlərə qayıdaraq itirdiyi titullarını geri qaytarmağı bacarıb. Bununla o, Floyd Patterson,