Etna
| Etna | |
|---|---|
| it. Etna | |
| | |
| Ümumi məlumatlar | |
| Vulkan forması | Stratovulkan |
| Yaşı | 500 min il |
| Son püskürmə | 26 oktyabr 2013 |
| Tərkibi | terfit, bazalt, pikrobazalt |
| Mütləq hündürlüyü | 3357[1] |
| Yerləşməsi | |
| 37°45′18″ şm. e. 14°59′43″ ş. u.HGYO | |
| Ölkə |
|
Etna dağı- Messina və Kataniyanın yaxınlığında və Siciliyanın şərq sahilində stratovulkanıdır.Hündürlüyü 3350 metrdir.Etna dağı Birləşmiş Millətlər Təşkilatı tərəfindən on ilin vulkanı təyin edilib.[2]
Ərəblər bu dağı "Cəbəl Əl-Nar" adlanırırlar. Avqustun 11-də Etna vulkanı Etna yenidən püskürüb. Avropanın ən yüksək və ən aktiv vulkanı olan İtaliyanın Siciliya adasındakı Etna vulkanı gecə saatlarında baş verən güclü püskürmə ilə yenidən fəaliyyətə keçib. Göy üzünə kilometrlərlə yüksələn sıx kül və lava buludları püskürdən bu güclü vulkanik hadisə bölgədə həyatı iflic edib.
Vulkandakı qeyri-adi aktivlik səbəbilə səlahiyyətli qurumlar aviasiya təhlükəsizliyi xəbərdarlığını ən yüksək səviyyə olan “Qırmızı həyəcan” mərhələsinə qaldırıblar. Kül buludlarının yaratdığı görmə məsafəsi problemi və uçuş-enmə zolaqlarının bağlanması riski səbəbindən Kataniya-Fontanarossa hava limanında bütün uçuşlar müddətsiz olaraq dayandırılıb.
İtaliya rəsmiləri vulkandakı seysmik aktivliyin və lava axınlarının davam etdiyini bildiriblər.
Mifologiya
[redaktə | vikimətni redaktə et]- Roma mifologiyasına görə tanrı Hefest bu dağda yaşayırmış.
- Mifoloji ənənəyə görə, olimpiya tanrıları və nəhənglərinin (gigantomachy) döyüşündə Afina ölməz nəhəng Enseladı bu dağla darmadağın etmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 11 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2021.
- ↑ "Decade Volcanoes". United States Geological Survey. 15 fevral 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.