Didux

Didux (ukr. дідух d⁽ʲ⁾iˈdux), Ukrayna və Polşanın Milad bəzəyidir. Buğda dəstəsindən hazırlanır və payız məhsulundan götürülmüş simvolik qurbanverməni təmsil edir. “Didux” sözünün hərfi mənası “baba ruhu” deməkdir. Diduxlar ənənəvi olaraq ilin ilk və ya son biçini olan buğda sünbüllərindən hazırlanır. Onlar ailənin təbiətin bolluğu və gələcək il üçün zəngin məhsul arzusu simvolu hesab olunur.[1] Bayramdan əvvəl buğda sünbülləri və ya saplaqları rəngli saplarla yığılır, daha sonra isə bu dəstələr lentlərlə bağlanır.[2] Didux Ukraynadakı əksər evlərdə Miladdan əvvəl yerləşdirilir və Maslenitsa bayramına qədər saxlanılır.
Mənəvi məna
[redaktə | vikimətni redaktə et]İnanca görə bayram günlərində ailənin əcdadlarının ruhları diduxun içində məskunlaşır.[3] O, evdə hörmətli bir yerdə yerləşdirildiyi zaman, bütün əcdadların ruhlarının birləşərək ailəyə xeyir-dua verildiyinə inanılır. Sviat Vechir (Milad gecəsi) günü didux evə hospodar (ailənin başçısı) tərəfindən gətirilir. O, evin pokutia-ya (ikonların yerləşdiyi bucaq) qoyulur və yanında kutia (ritual yemək) və uzvar (ritual içki) yerləşdirilir. Maslenitsa bayramında didux yandırılır və bu, qışın sonunu simvolizə edir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Milad bəzəyi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Arxiv surəti 8 avqust 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2020-08-08 at the Wayback Machine The Ukrainian Weekly Magazine PDF Version, November 2012 Issue Retrieved 27 April 2013
- ↑ Christmas Eve January 6 by the Julian Calendar[daimi ölü keçid] Retrieved 27 April 2013
- ↑ Ukrainian Christmas Arxiv surəti 4 mart 2016 tarixindən Wayback Machine saytında Retrieved 27 April 2013
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Ukrainian Women Share Christmas Eve Feast"—Scanned copy of Our Fabulous Cooks column of The Hour newspaper on Google News, dated 17 December 1980. Retrieved 27 April 2013.
- Ukrainian Christmas—Retrieved 27 April 2013