Məzmuna keç

Bertinoro

Vikipediya, azad ensiklopediya
Şəhər
Bertinoro
Bertinoronun qala divarları və darvazası
Bertinoronun qala divarları və darvazası
44°09′ şm. e. 12°08′ ş. u.HGYO
Ölkə İtaliya
Tabeliyində Bratsçano, Kapokolle, Kollinello, Fratta Terme, Ospedaletto, Paninyina, Polenta, San Pyetro in Quardiano, Santa Kroçe, Santa Mariya Nuova Spallitsi
Əyalət Emiliya-Romanya
Əyalət Forli-Çezena əyaləti
Tarixi və coğrafiyası
Sahəsi 56 km²
Mərkəzin hündürlüyü 254 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 10.941 nəfər (2017)
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 0543
Poçt indeksi 47032
Nəqliyyat kodu FC
Digər
comune.bertinoro.fc.it
Xəritəni göstər/gizlə
Bertinoro xəritədə
Bertinoro
Bertinoro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bertinoronun panoraması
Ordelafli sarayı

Bertinoro (romanyolca: Bartnòra) — İtaliyanın Emiliya-Romanya regionunda, Forli-Çezena əyalətində yerləşən şəhər və bələdiyyədir. Şəhər Romanya bölgəsində, Çezubeo təpəsində, Emiliya yolundan bir neçə kilometr aralıda yerləşir.[1]

Bertinoro yaxınlığında, Kastikkiano kəndi ərazisində Dəmir dövrünə aid yaşayış məskəninin qalıqları aşkar edilmişdir.[2] Bertinoronun özü isə, ehtimal ki, Forli ilə Riminini birləşdirən Roma yolunun üzərində yerləşən istehkam məntəqəsi olmuşdur. Sonralar, barbarların yürüşləri dövründə yaşayış məntəqəsi indiki yerinə köçürülmüşdür.

1177-ci ildə artıq inkişaf etmiş və Castrum Cesubeum adı ilə tanınan qala imperator I Fridrix Barbarossanı qəbul etmişdir. III Ottonun hakimiyyəti dövründə qalanın adı Castrum Brittinori olaraq dəyişmiş və burası qraflığın mərkəzinə çevrilmişdir.

Əsas görməli yerlər

[redaktə | vikimətni redaktə et]
  • Təxminən 1000-ci ildə tikilmiş qala. Hazırda burada Müqəddəs İncəsənət Muzeyi və Bolonya Universitetinin konfrans mərkəzi yerləşir.
  • 1306-cı ildə I Pino Ordelafli tərəfindən tikilmiş bələdiyyə sarayı.[3]
  • Üzüklər sütunu (Colonna delle Anelle) — qonaqpərvərliyi simvolizə edən ağ daş sütun. 1300-cü ildə şəhərin zadəgan ailələri tərəfindən ucaldılmış sütunda 12 üzük yerləşirdi. Hər üzük bir ailəni təmsil edirdi. Şəhərə gələn qonaqlar atlarının yüyənini seçdikləri üzüyə bağlayaraq onları qəbul edəcək ailəni müəyyənləşdirirdilər.
  • XVI əsrdə tikilmiş Bertinoro kafedralı.
  • Polenta kəndində yerləşən San Donato kilsəsi.[4] Cozue Karduççinin şeirlərindən birində xatırlandığı üçün məşhurlaşmışdır. Kilsədə IX əsrin sonlarına aid ilkin tikilinin bəzi hissələri qorunub saxlanılmışdır.[5]

Bertinoroda hər il Qonaqpərvərlik festivalı keçirilir.[6] Sentyabrın ilk həftəsonu təşkil olunan festival cümə günündən şənbəyə keçən gecə musiqi, rəqs və müxtəlif tədbirləri, tarixi səhnələrin canlandırılmasını, eləcə də bazar günü günortaya yaxın keçirilən ənənəvi qonaqpərvərlik mərasimini əhatə edir.[7]

Mərasim zamanı hər kəs Qonaqpərvərlik sütunundakı üzüklərdən asılmış zərflərdən birini götürməklə şəhər ailələrindən birinin evində yeməyə dəvət oluna bilər. Zərfin içində qonağı qəbul edəcək ailənin adı yazılır.

Tanınmış şəxslər

[redaktə | vikimətni redaktə et]
  • İbrahim ben Ovadya — Bartenura adı ilə də tanınan XV əsr ravvini və Mišna şərhçisi. Onun adı şəhərin adından götürülmüşdür. O, RAV (Rabbi Ovadia [of] Bartenura) qısaltması ilə də tanınır.[8]

Beynəlxalq əlaqələr

[redaktə | vikimətni redaktə et]

Qardaşlaşmış şəhərlər

[redaktə | vikimətni redaktə et]

Bertinoro aşağıdakı şəhər və bələdiyyələrlə qardaşlaşmışdır:

  1. ↑ "Bertinoro, il balcone della Romagna". Bertinoro.it. 28 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2026.
  2. ↑ "Storia di Bertinoro". Bertinoro.it. 16 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2026.
  3. ↑ "Bertinoro". Castelli Emilia-Romagna. 17 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2026.
  4. ↑ "Bertinoro". Turismo Forlivese. 16 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2026.
  5. ↑ "Bertinoro". Castelli Emilia-Romagna. 17 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2026.
  6. ↑ "Festa dell'Ospitalità". Visit Romagna. 16 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2026.
  7. ↑ "Bertinoro". Italia.it. 17 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2026.
  8. ↑ "Bertinoro, Obadiah (Yareh) b. Abraham". Jewish Encyclopedia. İstifadə tarixi: 16 oktyabr 2026.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]