Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 218.254 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Jermena de Stal — Paris və Cenevrə intellektual mühitinin tanınmış simalarından olan Fransa romançısı, ədibi, filosofu və siyasi nəzəriyyəçisi. O, bankir və Fransanın maliyyə naziri Jak Nekker ilə tanınmış salon rəhbəri və yazıçı Süzanna Kürşonun ailəsində anadan olmuşdur. O, həyatı boyu, xüsusilə Fransa inqilabının təlatümlü dövrlərində, Napoleon erasında və Burbonların bərpası dövrünə qədər olan mərhələdə mülayim və tarazlı bir siyasi mövqe nümayiş etdirmişdir.

Onun 1789-cu il Baş Ştatların çağırılması və həmin ildə qəbul edilmiş "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi" kimi mühüm tarixi hadisələrdə iştirak etməsi dövrün siyasi müzakirələrində aktiv rol oynadığını göstərmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Qədim Gəncə — orta əsr Gəncə şəhərinin qədim yaşayış yeri, arxeoloji kompleks. Bu ərazi XVII əsrə qədər şəhərin yerləşdiyi məkan olmuşdur. Hal-hazırda Qədim Gəncənin qalıqları Azərbaycan Respublikasında müasir Gəncə şəhərindən 6–7 kilometr şimal-şərq istiqamətində yerləşir. Qədim Gəncə şəhərinin erkən tarixi yazılı mənbələrdə əsasən VII–IX əsrlərdən hesablansa da, bu ehtimal heç bir konkret tarixə və ya hadisəyə əsaslanmır. Arxeoloji qazıntılar göstərmişdir ki, Qədim Gəncə şəhəri daha qədim bir yaşayış yerinin əsasında formalaşmışdır; həmin yaşayış yeri tədricən böyüyərək inkişaf etmiş və şəhər kimi tanınmışdır. Ə. Salamzadə hesab edir ki, VII əsrdən zənginliyinə görə şəhər artıq Gəncə (pəhləvi dilində xəzinə anlamını verən gənzə sözündən) adlandırılmağa başlayır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Masters turniri çempionlarının siyahısı — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar. Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli